Menu

Keçmiş şirkət rəhbəri Nabranda qəza törətdi: Ölən var

25.07.2015, 17:22
Keçmiş şirkət rəhbəri Nabranda qəza törətdi: Ölən var

Xaçmaz rayonunun Nabran kəndində Bakı şəhər sakinləri Elsevər Həsrətovun idarə etdiyi “Mercedes” və Hüsaməddin Allahverdiyevin idarə etdiyi “Lada Vesta” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində H.Allahverdiyevin sərnişini Laləzar Məmmədova hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Report.az qeyd edir ki, qəza iştirakçısı olan avtomobillərdən birinin sürücüsü - Hüsaməddin Allahverdiyev bir il əvvələ qədər şirkətlərdən birinin direktoru olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol