Menu

“Krım məsələsi qapanıb...” - Medvedyev

25.07.2015, 19:10
“Krım məsələsi qapanıb...” - Medvedyev

Krımın Rusiyaya birləşdirilməsi məsələsi heç vaxt müzakirə predmeti ola bilməz. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib.

“Krım məsələsi həqiqətən qapanıb. Və onu ilk növbədə sakinlərin özləri, ötən il martın 16-da keçirilən referendumda öz talelərini həll eləməklə qapadıblar” - qeyd edib baş nazir.

Onun sözlərinə görə, “vaxtilə Kosovonu referendumsuz-zadsız Serbiyadan qoparanların Krım xalqının sərbəst iradə ifadə eləməsini şübhə altına qoymaları məntiqdən kənar və absurddur”.

Qeyd edək ki, Rusiya Krımı işğal eləməklə həm də 2-ci Dünya savaşından sonra ilk dəfə güc yolu ilə sərhədləri güc yolu ilə dəyişməkdə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol