Menu

Yüngül təyyarə yaşayış sahəsinə düşdü

26.07.2015, 11:18
Yüngül təyyarə yaşayış sahəsinə düşdü

Yerli KİV-in yaydığı xəbərə görə, Yaponiyanın paytaxtında yüngül mühərrikli təyyarənin yaşayış sahəsində düşməsi nəticəsində 3 nəfər həlak olub (İnterfaks.ru).

Tokio şəhəri yanğından müdafiə idarəsindən jurnalistlərə bildiriblər ki, təyyarənin düşməsi nəticəsində ilkin məlumatlara görə, iki nəfər xəsarət alıb - bir qadın əzilmiş təyyarənin içərisindən huşsuz halda çıxarılıb, bir qadın isə təyyarənin çırpıldığı binanın qalıqları altından xilas edilib.

Şahidlərin sözlərinə görə, təyyarənin düşdüyü yerdə yanğın baş verib - bir neçə ev və yaxınlıqda saxlanmış avtomobillər yanıb.

Hələlik qəzanın başvermə səbəbləri barədə məlumat yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol