Menu

Almaniya da «PKK simpatizanı» oldu! 

26.07.2015, 15:37
Almaniya da «PKK simpatizanı» oldu! 

Xarici KİV-in yaydığı xəbərə görə, Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen Türkiyə aviasiyasının Kürd fəhlə partiyasının (PKK) Şimali İraqdakı mövqelərini bombalamasını tənqidə məruz qoyub. Frau Ursula bu barədə Almaniyanın «Bild am Sonnag» nəşrinə verdiyi müsahibədə bəyan edib (TASS).

«Türkiyə özünü «İslam dövləti» terror təşkilatından qorumaq hüququna malikdir. Amma PKK ilə barışıq siyasətini davam etdirmək daha vacibdir» - deyə, frau nazir qeyd edib.

Amma bundan bir qədər əvvəl o, Ankaranın İD ilə mübarizəsinə dəstək verən çıxış etsə də, PKK-ya hücumlar barədə susmağa üstünlük vermişdi. Buna görə də nazir alman siyasətçilərinin tənqid dalğası ilə üzləşmişdi.

Redaksiyadan: Görəsən, almaniyanın müdafiə nazirini mövqe dəyişikliyəinə vadar edən nədir? Türkiyənin özünü müdafiə səciyyəli əməliyyatları nə üçün frau Merkelin xoşuna gəlməyib? Maraqlı mövqedir - İŞİD mövqelərini vurmaq olar, amma PKK-ya toxunmaq olmaz! Görünür, «İncirliyi» iritirməmək məqsədilə Türkiyə hökumətinin PPK-ya yönəlik son davranışlarını susqunluqla qarşılamaq zorunda qalmış ABŞ, narazılığını Merkel hökumətinin dili ilə ifadə etməli olub. Amma Türkiyə üçün heç bir fərqi yoxdur - ona güllə hansı tərəfdən atılır...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol