Alman televiziya kanalına müsahibə verən ABŞ prezidenti Barak Obamaya jurnalist "Türkiyənin baş naziri Ərdoğanın telefonlarını da dinləyirsinizmi?" sualını ünvanlayıb. ABŞ prezidenti bu sual qarşısında çaşqınlıq keçirib və dəqiq cavab verə bilməyib.
Türkiyə mətbuatına istinadən musavat.com-un verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama, Ağ Evdə Almaniyanın ZDF telekanalına müsahibə verib. Müsahibədə ABŞ-ın dünya liderlərinə qarşı qeyri-qanuni telefon dinləmələri də gündəmə gəlib.
Barak Obama, Almaniya kansleri Angela Merkelin telefonlarının bir daha dinlənməyəcəyini söyləyib.
Alman jurnalist, ABŞ prezidentinə "NATO üzvü və müttəfiqiniz Türkiyə çətin bir dövrdən keçir. Kəşfiyyatınız Türkiyənin baş naziri Ərdoğanın telefonlarını dinləmək istəyə bilər. Siz istədiniz deyə dinləməyəcəklərmi?" deyə soruşub.
Barak Obama isə "Bu mövzunu ölkələr üzrə müzakirə etmək istəmirəm. Kəşfiyyat fəaliyyətlərimiz təbii ki, sürəcək. Dünyanı yalnız xəbər jurnallarından izləmək yetərli olsa, onda bütün ölkələr öz kəşfiyyat xidmətlərini bağlayardı" cavabını verib.

Şərhlər