Bu gün Əmanətlərin Sığortalanması Fondunun açıqladığı məlumata görə, 2015-ci ilin 6 ayının yekununda banklarda fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 561 mln. manat təşkil etmişdir.
“Marja” xəbər verir ki, bu, sonuncu dəfə Mərkəzi Bankın 01 İyun 2015-ci il tarixinə (5 aylıq) açıqladığı rəqəmdən 40,1 milyon manat və ya 0,5% azdır.
İyunun 1-nə banklarda əhalinin əmanətləri 7 milyard 601.1 milyon manat olmuşdu.
Banklarda əhalinin əmanətləri Mart ayından bəri yenidən azalır. Devalvasiya ilə əlaqədar olaraq Martın əvvəlində 7 milyard 932.7 milyon manata çıxan əmanətlər 4 aydır azalır.


Şərhlər