Menu

Türkiyə Suriya ordusunu da vurdu

26.07.2015, 22:39
Türkiyə Suriya ordusunu da vurdu

İŞİD və PKK terrorçularından sonra Əsəd qüvvələri də hədəfə çevrilib.

Bu gecə Türkiyə ordusu ilə Suriya ərazisində mövqe tutan Bəşər Əsədə bağlı qüvvələr arasında atışma olub.

Anspress-in məlumatına görə, Türkiyənin Yayladağı sərhəd məntəqəsinə Suriyanın Lazkiye çölündə Əsəd rejiminin nəzarətində olan bölgədən yüngül silahlarla 30 dəfədən çox atəş açılıb.

Türkiyə sərhəd qoşunları atəşin açıldığı bölgəyə cavab atəşi açıblar, düşməni susdurublar. Hadisədə ölən və ya yaralanan olmayıb. Bölgədə Bəşər Əsədə bağlı qüvvələrlə müxalifətçi qruplar arasında qarşıdurma davam edir.

Türkiyə tankları Suriya sərhədində

Dünən Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularının və Şimali İraqda PKK terrorçularının mövqelərini bombardman edib.

Türkiyə hərbi qüvvələrinin hücumu zamanı PKK-nın rəhbər şəxslərindən biri Öndər Aslan(Şervan Varto) öldürülüb.

Öndər Aslan - PKK-nın rəhbər şəxslərindən biri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol