Menu

100 əsgər taliblərə təslim oldu

26.07.2015, 23:10
100 əsgər taliblərə təslim oldu

Əfqanıstanın şimalında taliblər hərbi bazanı ələ keçiriblər.

Taliblərin bazaya hücum əməliyyatı gedişində hökümət qoşunlarının 100-dən çox əsgəri onlara təslim olub.

Əfqan rəsmilərinin verdiyi məlumata əsasən, Bədəxşən vilayətində yerləşən hökümət qoşunlarının hərbi bazası uğrunda döyüşlər 3 gün davam edib.

Döyüşlərin yekununda yerli polis qüvvələrinin rəisi əməkdaşları və avadanlıqla birgə taliblərə təslim olub.

Toqquşmalarda bir neçə polis əməkdaşının öldüyü xəbər verilir. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol