HDP lideri Səlahəddin Dəmirdaşın tətildə olduğuna dair fotolar internetə yüklənib.
Türkiyədə PKK terror təşkilatının xain hücumları nəticəsində 5 gündə 6 polis əməkdaşıöldürülüb.
Anspress-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri PKK-nın İraqdakı düşərgələrinə 3 gündür bomba yağdırır.
Bütün bunlar baş verərkən Xalqların Demokratik partiyasının (HDP) lideri Səlahədddin Dəmirdaş ilginc şəkildə yoxa çıxmışdı, səssizliyə bürünmüşdü.
Heç bir televiziyada canlı yayıma çıxmayan Dəmirdaş sadəcə tweeter-də yazmaqla kifayətlənir. O bildirmişdi ki, Türkiyə qırıcılarının PKK silahlılarının mövqelərini bombardman etməsi seçkilərdə HDP-ni "vurmaq" üçün hesablanıb.
Dəmirdaş hovuzda dincələrkən
Dəmirdaşın niyə səsinin çıxmadığı məlum olub. HDP lideri Səlahəddin Dəmirdaşın tətildə olduğuna dair fotolar internetə yüklənib.
İki gün əvvəl çəkildiyi bilinən fotoda Dəmirdaşın hovuzda yataraq dincəldiyi görünür. PKK-nın Şimali İraqdakı düşərgələrinə yönəlik hava əməliyyatlarının başladığı gün çəkilən fotolarda HDP liderinin olduqca rahat olması diqqət çəkir.


Şərhlər