Ukrayna prezidenti Viktor Yanukoviç xalqa müraciət edib. Müraciətin mətni dövlət başçısının saytında yerləşdirilib. Yanukoviç müraciətdə bildirir ki, ictimai asayişin bərpa olunması üçün bütün səylərini sərf edəcək. «Qeyd etmək istəyirəm ki, ictimai asayişimn təmin olunması, dinc vətəndaşların hüquqlarının qorunması üçün əlimdən gələni edəcəm. Bunun üçün Ukrayna qanunlarının yol verdiyi bütün vasitələrdən istifadə olunacaq», - deyə müraciətdə qeyd olunur. Yanukoviç aksiya iştirakçılarını zorakılığa səsləyənlərin arxasınca getməməyə çağırıb. Onun sözlərinə görə, belələləri dövlət üçün təhlükə yaradır. Yanukoviç həmçinin opponentlərini dialoqa və kompromissə çağırıb. (azadlıq.info)
Yanukoviç Ukrayna xalqına müraciət edib

Şərhlər