Sabirabad rayonunda silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 28-də Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra özünə xəsarət yetirib. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı aradırma aparılır.


Şərhlər