Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran və internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar paketi yanvarın 21-də dərc olunaraq qüvvəyə minib. Qanunlar Ukrayna parlamentində yanvarın 16-da qəbul olunub və müxalifətin kəskin müqaviməti ilə üzləşib. Yanvarın 19-dan paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələrinin toqquşması gedir, 100-dən çox adam xəsarət alıb.
Ötən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra ölkədə, əsasən də Kiyevdə davamlı etiraz aksiyaları keçirilir.
Yanvarın 15-dən Ukrayna paytaxtının mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan edən məhkəmə qərarı açıqlanıb. Yasaq martın 8-dək davam edəcək.

Şərhlər