Menu

“İslam orta yolu tövsiyə edir” - Ərdoğan

31.07.2015, 11:27

Romania Turkey Erdogan“İslamçı və ya müsəlman olduğunu deməklə müsəlman heç kim müsəlman olmur. İŞİD kimi qruplaşmalarının törətdiyi terrordur, bunun İslamla heç bir əlaqəsi yoxdur”.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə gör, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Pekində Çinin mərkəzi televiziyası CCTV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, İslam ifratı qəbul etmir: “İslam orta yolu tövsiyə edir. Məhəmməd peyğəmbər deyir ki, işlərin ən xeyirlisi orta olandır. Bunun mənası sülhdür. İŞİD kimi terror təşkilatlarının əməlləri İslama ziddir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol