Türk Silahlı Qüvvələrinin (TSK) hücumu nəticəsində ağır zərbə alan PKK itkilərini azaltmaq üçün müxtəlif yollara əl atır.
Musavat.com-un məlumatına görə, TSK-ın İŞİD-lə bərabər PKK-nı da vurması təşkilatın geri çəkilməsinə səbəb olub.
İyulun 11-də təktərəfli atəşkəsi bitirdiyini açıqlayan Qəndil iyulun 24-dən etibarən ağır əməliyyatlara tuş gəldi.
Əməliyyatlara tab gətirməyən təşkilat 28 iyulda “atəşkəs” razılaşması üçün cəhdlər etməyə başlayıb. Rəsmi Ankaranın bildirdiyinə görə isə “atəşkəs” tələbinin iki məqsədi var; zaman qazanmaq və itkilərin qarşısını almaq.


Şərhlər