Menu

Ben Ladenin ailə üzvləri təyyarə qəzasında öldü

01.08.2015, 11:30
Ben Ladenin ailə üzvləri təyyarə qəzasında öldü

Dünyanın keçmiş 1 nömrəli terorçusu, 2011-ci ildə ABŞ kəşfiyyatının xüsusi əməliyyat nəticəsində məhv etdiyi Üsəma Ben Ladenin qohumları təyyarə qəzasında həlak olublar.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, faciə İngiltərənin Hempşir və Surrey qraflıqlarının sərhəddində yerləşən Blekbuş aerodromunda baş verib. Göyərtəsində 1-i pilot olmaqla, 4 nəfərin olduğu kiçik tutumlu şəxsi təyyarə yerə eniş edən zaman nəzarətdən çıxıb və yanacaqdoldurma məntəqəsinə çırpılıb. İngiltərə mətbuatı baş verən partlayış zamanı təyyarənin külə döndüyünü və qəzadan sağ çıxanın olmadığını xəbər verir.

Təyyarənin Ben Laden ailəsinə məxsus “Salem Aviation” şirkətinə aid olduğu məlumdur. Həmin şirkət Üsəma Ben Ladenin təyyarə qəzasında həlk olan qardaşı Salem Ben Ladenimn şərəfinə belə adlanıb. Qəzada Bek Ladenin 3 ailə üzvü – analığı, ögey bacısı və onun əri həlak olub Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Naud əs-Saud artıq Ben Laden ailəsinə rəsmi başsağlığı da verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol