Menu

Kəlbəcərli köçkün qadın özünü bıçaqlayıb

01.08.2015, 16:48
Kəlbəcərli köçkün qadın özünü bıçaqlayıb

Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəsəbədə qadın özünü bıçaqlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə 1988-ci il təvəllüdlü Sevinc İbrahimova qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən 27 yaşlı qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Onun özü özünü bıçaqladığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol