Gürcüstanın Sadaxlı sərhəd-keçid məntəqəsində külli miqdarda narkotik maddə və silah-sursat keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ermənistan vətəndaşı 1988-ci il təvəllüdlü S. Razmikin idarə etdiyi avtomobildən 1,2 kq narkotik maddə, 30 patron, həmçinin polietilen dərman paketi, kimyəvi preparatlar və ekspertlərin müəyyən etdiyi 271, 08 qram narkotik toz tapılıb.


Şərhlər