Menu

Rubl Manat qarşısında 22,5% “öldü”

04.08.2015, 10:03

manat rubl bankNeftin düşməsi Rusiya rubluna pis təsir göstərir.

Avqustun 4-də Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı məlumata görə, 1 rubl 0,0165 manata (1000 rubl= 16,5 manat) bərabərdir. Sonuncu dəfə məzənnə bu səviyyədə 5 ay əvvəl, daha dəqiqi 24 Fevralda olmuşdu.

Mart ayından başlayaraq Rubl Manat qarşısında güclənməyə başlamış, 19 Mayda 0.0213 manata qədər yüksəlmişdi (1000 rubl = 21,3 manat). İyul ayından başlayaraq isə, yenidən Rubl ciddi ucuzlaşmağa başlamışdır.

Son 2,5 ayda Rubl Manat qarşısında 22,5% ucuzlaşıb. Bu, 1000 rublda 4,8 manat ucuzlaşmaya bərabər gəlir.

Qeyd edək ki, Rusiyada 1 ABŞ dolları 63,63 rubla qədər qalxıb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol