"Xəzər Kuboku - 2015" yarışmasının ilk mərhələsində hərbi gəmilərdən atışlar həyata keçiriləcək.
Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanhərbi dəniz güvvələrinin iştirakı ilə keçirilən "Xəzər Kuboku 2015" yarışmasında iştirakçıların çıxış ardıcıllığı müəyyən olub.
Anspress-in məlumatına görə, bu haqda Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat katibi İqor Dıqalo məlumat yayıb. Dıqalonun sözlərinə görə, "Xəzər Kuboku - 2015" yarışmasının püşkatma mərasimi Kaspiysk şəhərində baş tutub.
Püşkatma mərasimi
Püşkatmanın nəticəsinə görə, ilk olaraq Xəzər sularına Qazaxstanın “Sarıarka” raket-artəlləriya qəmiləri çıxaçaq, daha sonra yarışmaya Rusiyanın “Uqlic” kiçik raket gəmiləri və Azerbaycan hərbi dəniz güvvələrinə məxsus “G-124” patrul-qaravul tipli gəmilər qatılacaq.
Yarışmanın ilk etapında hərbi gəmilərdən atışlar həyata keçiriləcək.
"Xəzər Kuboku 2015" yarışması avqustun 3-dən 11-dək baş tutan Hərbi-İdman oyunları çərçivəsində keçirilir. Oyunların proqramının daha bir müsabiqəsi “Xəzər derbisi” adlanır. Bu yarışa hərbi-dəniz qüvvələrinin zirehli maşınları qatılacaq. “Xəzər derbisi”ndə Rusiya, Azərbaycan, Qazaxıstan və Çin dənizçiləri mübarizə aparacaq. Yarışda hərbi gəmilərin döyüş hazırlığı yoxlanılacaq.
"Xəzərin Kuboku 2015" yarışının iştirakçıları


Şərhlər