Menu

Con Kerri Suriya prezidenti ilə bağlı bədbin proqnoz verdi

22.01.2014, 15:01
Con Kerri Suriya prezidenti ilə bağlı bədbin proqnoz verdi

ABŞ dövlət katibi Con Kerri Suriya probleminə həsr olunmuş “Cenevrə 2” konfransında çıxış edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Suriya prezidenti Bəşər Əsədin gələcək siyasi taleyi barədə bədbin proqnoz verib.

ABŞ rəsmisi bildirib ki, Suriyada müvəqqəti hökumət qurulsa belə, B.Əsəd orda yer almayacaq: “Suriya ilə bağlı qorxulu hesabatlar, ölkədə hakimiyyət qüvvələrinin törətdiyi işgəncə faktları mövcuddur. Bu Suriyada yaradılacaq keçici hökumətdə Bəşər Əsədin yer alması heç bir şəkildə müzakirə mövzusu ola bilməz”.

Xatırladaq ki, “Cenevrə 2” konfransı İsveçrənin Montre şəhərində keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol