Menu

RUSİYA "NƏHƏNGİ" ÇÖKÜR! - Putin və Millerin arzuları puc olur

05.08.2015, 16:41
RUSİYA "NƏHƏNGİ" ÇÖKÜR! - Putin və Millerin arzuları puc olur

“Hazırda Qazprom şirkəti, qaz boru kəmərlərinin çəkilməsi ilə əlaqədar olan layihələrin həyata keçirilməsində xeyli çətinliklər yaşayır. 2008-ci ildə “Qazprom”un bazar qiyməti yüksələrək 360 milyard dollara çatdığı bir vaxtda, onun rəhbəri Aleksey Miller özünə əmin sürətdə bildirmişdi ki,onların şirkəti yeddi ildən sonra trilyon dollar dəyərə malik olamqla, dünyanın ən böyük müəsisəsinə çevriləcək”. Bu barədə “Bloomberg”in “Qazpromun ağır günləri” başlıqlı yazıda bildirilir.

“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra qeyd edilir: “1990-cı ildən Vladimir Putinlə Sankt- Peterburq meriyasında işləyən Aleksey Miller 2001-ci ildən şirkətə rəhbərlik edir. Miller rəhbərlik etdiyi dövrdə “Qazprom”un əvvəlki illərdə itirdiyi qiymətli aktivləri geri qaytardı. Həmçinin də hasilatı artıraraq, şirkətin illik gəlirini 21 milyard dollardan 94 milyard dollara qədər yüksəldə bildi. Ona görə də Millerin, bütün dünyanın onun ayaqları altında olması fikrinə düşməsini və özünə hədsiz əminliyini bağışlamaq olar. Ancaq o, böyük səhv edib.

Yeddi ildən sonra “Qazprom”un bazar qiyməti, artıq çox aşağı sayıla biləcək 55 milyard dollar səviyyəsində qiymətləndirilir. Hal-hazırda bu şirkət hətta, dünyanın ilk yüz şirkəti içərisinə də daxil deyil. Və indi Miller dalğanın dəniz sahilinə tulladığı balığı xatırladır.

Bu həftə Rusiya İqtisadiyyat Nazirliyi, 2015-ci il üçün “Qazprom”un hasil edəcəyi təbii qazın 414 milyard kub metr səviyyəsinə qədər azalacağı barəsində məlumat verib. Belə vəziyyət şirkətin tarixindəki ən aşağı səviyyəni göstərir. Şirkət rəhbərliyi daxili istehlakın artacağına böyük ümüd bəsləyirdi. Lakin Rusiya iqtisadiyyatı gerilədiyi üçün onun daxili istehlak gücü də xeyli zəifləyib. Digər tərəfdən isə “Qazprom”un böyük ixracat bazarı olan Avropa öz enerji resursları nəqlini diversifikasiya etməyə çalışır.

2014-cü ildə “Qazprom”un ixracat həcmi 2008-ci il ilə müqayisədə 90 milyard kub metr azalıb. İxracat həcminin azalmasından sonra isə şirkət hasilat və qaz kəmərlərinin çəkilişinə sərmayə qoymağa başlayıb.

Rusiyanın gündəlik “Vedemosti” qəzeti qeyd edir ki, Millerin rəhbərliyi altındakı “Qazprom” istehsalın mənasız yerə artırılması üçün 40 milyard dollar xərcləyib. Ola bilər ki, Millerin belə bir addım atmasının səbəbi, “Qazprom”un varlı podratçılarını və Putinin sanksiyalara məruz qalan dostları Arkadi Rotenberqi və Gennadi Timçenkonu yaxşı gəlirlə təmin etməklə bağlıdır.

“Forbes” jurnalının məlumatına görə həmin bu milyarderlər, təbii qazın Ukrayna ərazisindən yan keçməklə Avropanın cənubuna getməsi üçün nəzərdə tutulan fiaskoya uğramış “Cənub axını”layihəsindən 1,9 milyard dollar mənfəət götürüblər.Əgər “Türk axını” qaz kəmərinin tikintisi başa çatarsa, onda itirilmiş bu vəsaitləri geri qaytarmaq mümükündür. Lakin hələki, “Qazprom” ilə Türkiyənin “Botaş” şirkəti arasındakı danışıqlarda yekun razılıq əldə olunmayıb.

Kremlin Avropaya təsir vasitəsi kimi istifadə etməyə çalışdığı “Qazprom” üçün layihələrin dayandırılması böyük problemlər törədir. Rusiyanın “Qazprom” vasitəsilə təzyiq altında saxladığı Ukrayna bu yaxınlarda enerji daşınması məsləsində ciddi diversifkasiya(şaxələnmə) aparılıb. Belə ki, Ukrayna Avropadan ixrac etdiyi qazın həcmini 2013-cü ildəki 8%-dən 28%-ə qədər yüksəldib. Bunun belə olmasının səbəbi “Qazprom”un istəyi ilə Almaniyaya və onun qonşularına lazım olandan artıq qazın satılmasıdır. İndi depolanmış həmin qazın bir hissəsini isə avropalılar Ukraynaya satır.

Hazırda “Qazprom” Şərqi Avropalı müştərilərinə təbii qazın yüksək qiymətə satılması ilə bağlı Avropa komissiyası ilə yeni çəkişmə yaşayır. Məlumdur ki, Avropanın Şərq hissəsində “Qazprom” təbii qaz nəqlinin inhisarçısıdır.

“Qazprom”un Berlində yerləşən “Gazprom Germania” köməkçi şirkətinin bu yaxınlarda dərc etdirdiyi hesabat məruzəsində, şirkətin xeyli sayda xoşagəlməz kiçik hadisələrlə qarşılaşdığı qeyd edilir.

Ümumi pay gəlirinin 14%-ini əldə edən “Gazprom Germania” bildirir ki, şirkətin 2014-cü il üçün xalis gəlir itkisi 31,4 milyon avro təşkil edib. Halbuki, həmin şirkət 2013-cü ildə 286 milyon avro gəlir qazanmışdı.

Digər tərəfdən isə “Gazprom Germania” şirkətinin, Almaniyanın qaz doldurma stansiyalarında təbii qaz satışına qadağa qoyulub. Hazırda həmin şirkət bu qərarın dəyişdirliməsinə çalışır. Özünün illik hesabat məruzəsində “Gazprom Germania” xoşagəlməz halların bununla yekunlaşmayacağını da bildirir:“Enerji sektorunu nizamlayan orqanların müdaxiləsi, gəlrlərin azalmasına təsir edən mövcud faktorlardan biridir.Bərpan olunan enerji mənbələrinin inkişaf etdirilməsinə doğru yönəlmiş siyasi hərakat təbii qazın rəqabət imkanlarını məhdudlaşdırır.”

Siyasi səbəblərə və normativ xüsusiyyətlərə görə “Qazprom” üçün Avropa dost bazar olmaqdan çıxıb. Rusiyanın rəqabətə davamlı qiymətlə Qərbə qaz satmasına baxmayaraq, onlar bundan sonra Avropada böyüməyə ümüd bəsləyə bilməzlər.Bu arada isə Çindəki iqtisadi inkişaf tempinin azalması “Qazprom”un bazarın diversifikasiya olunması planı çərçivəsindəki sövdələşmələrini təhlükəyə atır.

”Qazprom” artıq Rusiyanın Uzaq Şərqindən Çinə çatdırılacaq qaz boru kəmərinin tikinisini dayandırıb. Bununla yanaşı Altaydan Çinə çəkilməsi nəzərdə tutulan qaz kəmərinin tikintisi də qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Keçən il Rusiya dövlət gəlirlərinin 9%-i “Qazprom”un payına düşürdü. Bu şirkət hələ ki, ölkənin əsas gəlir mənbələrindən biri olaraq qalır.Ancaq hal-hazırda enerji resurslarının dünya bazarındakı qiymətinin aşağı düçməsindən, tələbin azalmasından və xöşəgəlməz normativ dəyişiklərin yaranması səbəindən şirkət müxtəlif səpgili çətinliklərlə üzləşib.

Millerin 2008-ci ildəki arzusunun həyata keçirilməsi üçün “Qazprom” xərclərin kəskin azaldılmalı və həmçinin də fövqəladə çətin şərtlər daxilində şirkətin necə inkişaf etdirilməsi strategiyası işlənib hazırlanmalıdır. Daha doğrusu isə “Qazprom” Putinin dostlarının gəlirli sifarişlərinin yerinə yetirilməsidə və müxtəlif siyasi oyunlarda iştirak etməmləidir .Əks tqdirdə onu yaşamaq uğrunda mübarizə gözləyir.

Vaqif Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol