Menu

“YENİ HƏYAT” DA BAĞLANDI - Yenilənib

05.08.2015, 18:47
“YENİ HƏYAT” DA BAĞLANDI  - Yenilənib

Azərbaycanın "Yeni Həyat" MMC ləğv olunduğunu elan edib.Bu barədə Report-a Vergilər Nazirliyindən məlumat verilib.

Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 ("Azure" yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.

Xatırladaq ki, "Yeni Həyat" MMC 2002-ci ildə yaradılıb.

--

“Yeni Həyat Şirkətlər Qrupu"nun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bağlanan “Yeni Həyat “ MMC-nin “Yeni Həyat Şirkətlər Qrupu”na heç bir aidiyyəti yoxdur.

““Yeni Həyat“ MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-ni ad oxşarlığından başqa hər hansı hüquqi və faktiki əsaslar bağlamır. Belə ki, “Yeni Həyat Şirkətlər Qrupu” MMC hazırda Azərbaycanın tikinti sektorunda önəmli və qabaqcıl yerlərdən birini tutur və öz fəaliyyətini uğurla davam etdirir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Yeni Həyat" MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanı eynidir (Nobel prospekti,15, "Azure" kompleksi).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol