Hind okeanında, Reunyon adası yaxınlığında tapılan qanadın fraqmenti ötən ilin martında itkin düşmüş “Malaysian Airlines” aviaşirkətinin təyyarəsinə məxsusdur.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Malayziyanın baş naziri Nəcib Razak bəyan edib.
“Beynəlxalq ekspertlər qrupu təyyarənin qanadının Boeing-ə məxsus olduğunu təsdiqləyib”, deyə N.Razak bildirib.
Qeyd edək ki, bir həftə əvvəl aşkarlanan təyyarənin qalıqları tədqiqat üçün Parisə göndərilmişdi.
Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən Boeing-777 sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.


Şərhlər