Menu

NATO Rusiyanın dəqiq hədəflərini əldə edib

06.08.2015, 10:43
NATO Rusiyanın dəqiq hədəflərini əldə edib

"Rusiya Avropanın təhlükəsizliyi üçün ciddi təhlükədir".

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə Finlandiyada səfərdə olan NATO Qüvvələrinin Avropadakı komandanı, general Flip Bridlav belə bəyanatla çıxış edib.

Flip Bridlav deyib ki, NATO Moskvanın strateji hədəflərinin dəqiq mənzərəsini bilir.

“Biz Moskvanın strateji hədəflərinin dəqiq mənzərəsini əldə etmişik. Amma hələlik Rusiya ilə NATO-nun hər hansı üzvü arasında münaqişə yaranması təhlükəsini görmürük”,-deyə general qeyd edib.

Onun sözlərinə görə bununla belə, NATO Rusya təhlükəsinə qarşı hazır olmalıdır. “Bu da faktdır ki, Rusiya Krımı və Donbası işğal edib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol