Menu

Polis mayoru avtomobil qəzasında öldü

06.08.2015, 10:48
Polis mayoru avtomobil qəzasında öldü

Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb. “Report”un xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol