ABŞ-ın Suriyada İslam Dövləti (İD) qruplaşmasına qarşı döyüşmək üçün döyüşçü hazırlamaq planı bu təlimləri keçmiş rəhbər qiyamçı tərəfindən tənqid edilir.
Kapitan Ammar al Wawi deyib ki, ABŞ və onun müttəfiqləri 30-cu Diviziya kimi tanınan döyüşçüləri ötən həftə hücumdan qoruya bilməyib.
Al-Qaeda qruplaşmasından təsirlənən al-Nusra ilə döyüşdə ən azı 5 döyüşçü öldürülüb və on nəfərdən çoxu əsir götürülüb.
Proqram çərçivəsində indiyə qədər 54 nəfər təlim keçib.
ABŞ prezidenti Barack Obama ötən yay bildirib ki, ən azı 5000 nəfər İD-ə qarşı döyüşmək üçün təlim keçəcək.
Lakin Pentagon rəsmiləri istədikləri meyarlara uyğun iştirakçılar tapmaqda çətinliklə üzləşib.
"Layihə çox ləngdir", kapitan Wawi BBC-ə deyib.
"Onlar 15 min nəfərlik milli ordu formalaşdırmaq və təlimlər keçməyə hazırdırlar və eşidirik ki, bunun üçün pulları da, silahları da və hava hücumundan qorumaq üçün imkanları da var".
"Amma reallıqda 60 nəfərin təlimi 6 aya aparılıbsa, digərlərini hazır etmək on illiklərlə tələb edir".
Suriya münaqişəsi Dəməşqdə hökümətə qarşı üsyanla başlasa da, sonradan prezident Bashar al-Assad qüvvələri ilə üsyançı qruplar arasında müharibə başlayıb. /BBC


Şərhlər