Türkiyədə son bir ayda PKK terrorçuları ilə atışmada həlak olan əsgərlərin sayı açıqlanıb. Bildirilir ki, 7 iyul-5 avqust aralığında terror hücumlarında 22 əsgər şəhid olub. Həmçinin 6 dinc sakin həyatını itirib, 89 nəfər isə yaralanıb.
Terrorçular isə 11 itki verib, ikisi yaralı ələ keçirilib. Terrorçuların yüzdən çox avtomobili yandırılıb.
Türk Silahlı Qüvvələri (TSK) tərəfindən terror təşkilatı PKK-ya qarşı aparılan hava hücumlarında 260-da çox terrorçu zərərsizləşdirilib, 400-dən çoxu yaralanıb.
Həmçinin, terrorçulara qarşı keçrilən əməliyyatlarda 24 iyuldan 5 avqusta qədər 1500 nəfər nəzarətə alınıb, 275 nəfər həbs olunub. /musavat.com


Şərhlər