Menu

58 min manatı oğurlayan şəxslər saxlanılıb

06.08.2015, 13:28

Qandal-Hebs-yerdeBakıda evdən 58 min manat pul oğurlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlamış Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol