Menu

“Yeni Həyat” Şirkətlər Qrupu da "Bank Technique" ilə əməkdaşlığı dayandırdı

06.08.2015, 18:33
“Yeni Həyat” Şirkətlər Qrupu da "Bank Technique" ilə əməkdaşlığı dayandırdı

“Yeni Həyat” Şirkətlər Qrupu "Bank Technique" ASC ilə əməkdaşlığını dayandırıb.

“APA-Economics”in məlumatına görə, “Yeni Həyat” Şirkətlər Qrupu “AtaBank” ilə işləməyə qərar verib.

“AtaBank” ASC-dən “APA-Economics”ə bu məlumatı təsdiqləyiblər. “Artıq 10 gündür ki, “Yeni Həyat” Şirkətlər Qrupu bizim bankla əməkdaşlığa başlayıb”, -deyə bankdan bildirilib.

Qeyd edək ki, buna qədər “Aqrolizinq” ASC, “Bakı Metropoliteni” QSC və Azərbaycanda fəaliyyət göstərən notariat kontorları “Bank Technique” ilə əməkdaşlığı dayandırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol