London birjasında «Brent» markalı neftin qiyməti 2015-ci ilin yanvarından indiyədək ən aşağı həddə düşüb. Fins.az-ın məlumatına görə, sentyabr müqavilələri 48,9 dolara bağlanıb.
Xatırladaq ki, neftin qiyməti «Goldman Sachs» şirkətinin analitiklərinin proqnozlarına görə ucuzlaşır. Həmin proqnozlarda deyilir ki, 2015-ci ildə neft bazarında təklif tələbi gündə 2 milyon barel üstələyəcək. Anbarlardakı boş yerlər isə sentyabr ayınadək dolacaq. Analitiklər bildirir ki, hazırda bazarda artıq təklif və aşağı tələb müşahidə edilir. Nların fikrincə, «Brent» markalı neftin qiymətinin 2015-ci ilin ən aşağı göstəricisi olan 45 dollara düşməsi ehtimalı var. Azərbaycanın «Azeri Light» markalı neftinin qiyməti isə 50 dollar ətrafında dəyişir.


Şərhlər