Menu

Gürcüstan "Qəbələ" ilə qarşılaşmada baş verən insidenti araşdırır

07.08.2015, 16:59

gurcustan“Bildiyiniz kimi, UEFA Tbilisinin "Dinamo" klubunu cəzalandırıb, 20 min avro cərimə tətbiq edilib”.

APA-nın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Onun sözlərinə görə, “Dinamo” bir neçə matçı tamaşaçısız keçirəcək: “Həm Gürcüstanda, həm də Azərbaycanda "Qəbələ" futbol komandası ilə görüşdə baş verən insident araşdırılır. Bizim hüquq-mühafizə orqanlarımız bu məsələ ilə bağlı işləyir. Ümid edirəm ki, nəticə əldə edəcəyik. Baş verənlər onu göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq istəyən təxribatçılar çoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol