Norveç-Rusiya ticarət palatasının (NRTP) məlumatına görə, cari ilin birinci yarısında Norveçdən Rusiyaya məhsul ixracı 78,0 faiz (2,8 milyard kron və ya, cari məzənnə ilə 338,0 milyon dollar) azalıb (Rosbalt).
Bununla bərabər, Rusiyadan Norveçə məhsul idxalı yanvar-iyun ayları ərzində 10,0 faiz artıb. İlin birinci yarısında Norveçdən Rusiyaya ixracın həcmi 770,0 milyon kron (93,0 milyon dollar) təşkil edib ki, bu da 2000-ci ildən üzübəri, ən aşağı göstəricidir. Qarşılığında, bu ölkəyə Rusiyadan məhsul idxalı 2012-ci il səviyyəsinə yüksəlib və 5,28 milyard krona (640,0 milyon dollar) təşkil edib («Vesti Ekonomika»).
NRTP-nin icraçı direktoru Yarle Forburun sözlərinə görə, Norveç ixracının kəskin azalması Rusiya tərəfindən Avropa İttifaqının sanksiyalarına qarşı həyata keçirilən cavab tədbirləri ilə bağlıdır. Məlumdur ki, Avropa İttifaqının üzvü olmayan Norveç də bu sanksiyalara qoşulub.
Zərərdə qalmamaq üçün yerli balıq məhsulları istehsalçıları artıq məhsullarını digər ölkələrə göndərsələr də, onlar Rusiya ilə Qərb arasında yaşanan qarşıdurmadan ziyan çəkirlər.
Rusiyaya Norveç ixracının əsas istiqamətlərini sənaye avadanlıqları (67,0 faizdən çox) və dəniz məhsulları təşkil edir. Rusiyadan isə yanacaq-sürtkü materialları, sənaye malları və kimya sənayesi məhsulları alınır.
AzPolitika.info


Şərhlər