Menu

Tiflisdə “Rustavi 2” telekanalın əmlakına həbs qoyuldu

08.08.2015, 00:12
Tiflisdə “Rustavi 2” telekanalın əmlakına həbs qoyuldu

Tiflis Şəhər Məhkəməsi “Rustavi 2” müstəqil telekanalın bütün əmlakına həbs qoyub.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, qərar telekampaniyanın sabiq sahiblərindən biri – Kibara Xalvaşinin iddiası əsasında çıxarılıb. O, mülkiyyət hüququndan qanunsuz şəkildə məhrum olunduğunu iddia eləmişdi.

Kanalın baş direktoru Nika Qvaramiya bildirib ki, məhkəmə kanalın istənilən bankla əlaqəsini qadağan edib, hərgah, şirkətin hesablarına həbs qoyulmayıb. O, telekanalın öz fəaliyyətini davam etdirəcəyini də söyləyib.

Telekanal rəhbərliyi qərarı siyasi motivli sayır və kanalın hakimiyyətə qarşı tənqidi mövqe tutması ilə əlaqələndirir. Müxalifət də öz növbəsində hesab edir ki, iddianın arxasında hökumət dayanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol