Röyter agentliyinin yaydıgı məlumata görə, Rusiya Suriyaya göndərdiyi silahların sayını artırmağa başlayıb. Məlumatda bildirilir ki, Rusiya son həftələr zirehli texnika, insansız uçan hava aparatları və idarəolunan bombalar da daxil olmaqla, Suriyaya göndərdiyi hərbi texnikanın miqdarını artırıb.
Suriya müxalifət döyüşçüləri içərisində baş verən son ixtilaflar onların mövqelərini nisbətən zəiflətdiyindən, Bəşər Əsədin Rusiyadan aldığı yeni təchizatlar onun vəziyyətini daha da gücləndirəcək. Suriya müxalifəti içərisindəki etibarlı mənbənin Röyterə verdiyi məlumatda o da bildirilir ki, hərbi təchizatlar əsasən Latakiya aeroportuna və Tartus limanına gətirilir.


Şərhlər