(II YAZI məqalənin sonuna əlavə edilib)
Rusiyalı karyera diplomatından heyrətamiz və şok faktlar- Qarabağ probleminin illərlə uzanmasının daha biri səbəbi üzə çıxır...
Redaksiyamıza Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ofisindən idarə edilən anti-Azərbaycan kampaniyası haqda sensasion xarakterli material daxil olub. Məqalənin müəllifi adının gizli saxlanmasını istəyən, 30 illik staja malik rusiyalı uğurlu karyera diplomatıdır. Hazırda da o, Rusiya Xarici İşlər Nazirliyində (XİN) işləyir.
Onu bu materialı hazırlamağa vadar edən əsas səbəb isə özünün qeyd elədiyi kimi, erməni lobbisinin XİN-də, Dövlət Dumasında, Rusiyanın başqa dövlət strukturlarında kök salmasıdır. Oxucularımız, ictimaiyyətin ən geniş təbəqələri üçün maraqlı olacağını nəzərə alıb yazını olduğu kimi, Azərbaycan türkcəsinə çevrilmiş variantda, ixtisarsız və üslubuna toxunmadan təqdim edirik.
Tehrandakı Rusiya səfirinin “erməni altlığı”

Sadalanan xüsusiyyətlər nəzərə alınarsa, 2011-ci ilin oktyabrında Ermənistan əsilli Levan Caqaryanın İrana Rusiya səfiri göndərilməsi qəribədən də betər, hətta qalmaqallı hadisə idi, nədən ki, İran əhalisinin 1/3-dən çoxunu etnik azərbaycanlılar təşkil edir (rəqəm reallıqda daha böyükdür - red.) Bu, elə Rusiyanın Ermənistana etnik azərbaycanlını səfir göndərməsi kimi eyni şeydir.
Yersiz olmaz xatırlatsaq ki, Azərbaycan-Ermənistan konflikti zamanı Tehran müdrikdən də artıq müdrik bir mövqe sərgilədi, emosiyalara imkan vermədi və İrandakı ciddi yerli siyasi elitaların Azərbaycana təcili kömək eləməklə bağlı tələblərini rədd elədi. Bununla da İran və onun Ali dini lideri faktiki surətdə Ermənistanı xilas eləmiş oldu. Üstəlik, bununla Güney Qafqaz regionunu total müharibədən və qarmaqarışıqlıqdan qurtardı. Tehran bunun hesaba alınmasını və Moskvadan daha ölçülü-biçili qərar gözləyirdi, nəinki erməni əsilli birinin səfiri təyin edilməsini.

Müstəqillik və dövlətçi düşüncə tərzi tələb edən vəzifələr belələri üçün əks-göstərişdir. Ona görə də Düşənbədən sonra o, Rusiya XİN-in mərkəzi aparatında lövbər saldı. Ola bilsin, orada o, heç nə ilə yadda qalmadan pensiyayadək sakitcə işləyərdi, əgər Moskvada, ümumən Rusiyada da “erməni intibahı” baş verməsəydi.

Doğrudur, buna kimi “gürcü intibahı” da olmuşdu: xarici işlər naziri Eduard Şevardnadzenin dönəmində SSRİ XİN-in müxtəlif həlqələrinə yüzlərlə etnik gürcü axışıb gəlmişdi və 1990-cı ilin sonu üçün onlar faiz nisbətində artıq SSRİ XİN-in şəxsi heyətinin 20 faizindən çoxunu təşkil edirdilər.
İki çeçen müharibəsi və Rusiyanın “müsəlman” regionlarından olan paytaxt diasporların zəifləməsindən sonra erməni diasporunun Moskva biznes və siyasətinə təsiri və nüfuzu kəskin artdı. Görünür, yeni nazirin bioqrafiyasında etnik faktı nəzərə alaraq Zamir Kabulov - XİN-in İkinci Asiya Departamentinin direktoru (yeri gəlmişkən, Rusiyadan keçən NATO-Əfqanıstan tranzit marşrutunun təşəbbüskarlarından olub) Levan Caqaryanın namizədliyini Yaxın Şərqin həlledici ölkələrindən birinə səfir təklif edib (Rusiya XİN-in qara funksioneri Zamir Kabulov haqda ayrıca xüsusi yazı olacaq).
Söz düşmüşkən, çoxları bilir ki, Kabulov İrana və iranlılara olduqca neqativ münasibət bəsləyir. O, “İranlılar əfqanlardan betərdir!” ifadəsinin müəllifidir və bununla fəxr edir. Vaxtilə İran tərəfinin təşəbbüs göstərdiyi onlarla görüş məhz onun sayəsində, quru bürokratik bəhanələrlə - “Sizin arzunuz rəhbərliyə çatdırılacaq”, “Biz sizin təşəbbüsünüzə baxacağıq” və ya “Rusiya tərəfi hesab edir ki, belə bir görüşə heç bir lüzum yoxdur” şəklində cavablarla əngəllənib.
Bu, onun tərəfindən əvvəla, aşkar qərbyönlü oriyentasiyasına görə edilirdi. İkincisi, onun iranlılara münasibətdə mövqeyinə belə bir fakt iz qoyub: 1983-cü ilin aprelində, diplomatik karyerasının başlanğıcında o, 18 sovet diplomatından biri kimi “persona non-qrata” elan edilib və Tehrandan qovulub. Bununla da, necə deyərlər, “İran sindromu” qazanıb.
Ancaq siyasi düşüncəsi yerli-dibli olmayan Kabulov zəif diplomat, həddən-ziyadə kobud və özü haqda yüksək fikirli insan olsa da, rəhbərliyin ovqatını tutmağı əla bacarır. İrana səfir təyin edilməsi zamanı bu adam o dəqiqə başa düşdü ki, Levan Caqaryanın namizədliyi Sergey Lavrovun çox xoşuna gələcək, çünki onların hər ikisi ermənidir və hər ikisi Tiflisdə doğulub. Üstəlik, belə bir təyinat bütün bu illər ərzində tamahkarlıqdan alışıb-yanan gözləri ilə İran bazarına baxan beynəlxalq erməni lobbisinin artan maraqlarına da cavab verirdi.
İstisna deyil ki, təyinat zamanı başqa motivlər də əsas götürülüb. Amma məhz bu versiya (erməni amili - red.) hər halda, az-çox məntiqli şəkildə izah edir ki, nədən adi, tamamilə önəmsiz bir məmur Rusiyanın xarici siyasəti üçün ən mühüm postlardan birinə göndərilib?
Xarakterikdir ki, həmin 1996-cı ildə Tehranda Levan Caqaryanla birgə etnik azərbaycanlı Əli Mustafabəyli də elçi-müşavir (yəni Rusiya səfirinin müavini) işləyirdi. Di gəl, 15 il sonra Caqaryan İrana səfir kimi qayıtsa da, Mustafabəyli bir diplomatik pillə də yüksəlmədi və İsfahana baş konsul göndərildi. Özü də bu təyinatadək o, həmin vəzifədə artıq bir dəfə işləmişdi. Baş konsul postu isə səfir olmadıqda onu əvəzləyən elçi-müşavirlikdən aşağı vəzifə sayılır. Səbəb aydındır yəqin ki - Əli Mustafabəyli azərbaycanlıdır və onun Rusiya XİN-də karyerası bağlanıb.
Uşaq kaprizlərinə, qeyri-sağlam lovğalığına və diktator davranışına görə səfirlik əməkdaşlarının tezliklə yerli “şahənşah” adı verdiyi Caqaryanın işinin yekunlarının Rusiyanın İrandakı maraq və hədəflərinə sözsüz ki, heç bir dəxli yoxdur. Onun səfir olduğu müddətdə iki ölkə arasında mal dövriyyəsi tarixi minimuma enib. Tehran-Moskva münasibətlərində daima ciddi anlaşılmazlıqlar yaşanır. Rusiyanın İran siyasətini qiymətləndirən müşahidəçilərdə həmişə belə təəssürat yaranır ki, Rusiya XİN-i, sadəcə olaraq, bu ölkədə baş verənlərə, İran cəmiyyətində və rəhbərliyində bu və ya digər məsələlərə hansı baxışların mövcud olmasına oriyentasiya etməyi bacarmır.
Moskva, necə deyərlər, “kor-koranə” hərəkət edir, iranlılar baş verənlərdən heç nə başa düşə bilmirlər, səfir fəaliyyətini səfirlik ərazisi ilə məhdudlaşdıran Caqaryan isə yerli KİV-lərlə, siyasətçilərlə, ictimaiyyət nümayəndələri ilə işləməkdən qaçır. İranın siyasi, işgüzar və mədəni dairələri ilə ciddi əlaqələrin yaradılmasına nail olmur, buna can atmır - çünki sadəcə olaraq, vəziyyəti, yerli qüvvələr nisbətini və elitaların ovqatını bilmir. Ona etimad göstərilmir və praktik surətdə heç bir səviyyədə qəbul eləmirlər.
Levan Caqaryan uzun müddət öz səriştəsizliyini onunla ört-basdır elədi ki, qərbyönlü prezident Dmitri Medvedyev dönəmində Rusiya Qərblə “yumşalma” siyasəti həyata keçirməyə və Tehrana münasibəti Vaşinqton və İsrailin mövqeyini nəzərə almaqla qurmağa başlamışdı. Məhz həmin dönəmdə BMT Təhlükəsizlik Şurasının bir sıra anti-İran qətnamələrini Moskva dəstəkləmiş, demək olar, Buşehr AES-in tikintisini dayandırmış, İrana S-300 zenit-raket sistemlərini verməkdən imtina eləmişdi və Tehranla dünya arenasında, Yaxın Şərq üzrə qarşılıqlı əməkdaşlıqdan uzaqlaşmışdı.
Ancaq 2012-ci ildə Moskvada situasiya köklü surətdə dəyişdi, çünki...
II YAZI

İran ətrafında gərginliyin zəifləməsi Avropanın biznes-dairələrində böyük bir canlanma yaratdı. Tehrandakı mehmanxanalar Qərb biznesmenləri ilə qısa müddətdə doldu, İrandakı Qərb səfirləri tematik və ümumi biznes seminarları keçirməyə, habelə öz ölkələrində İrandakı iqtisadi və investisiya ab-havasına dair məruzələr oxumağa başladılar.
Praktiki surətdə bütün xarici səfirliklər bu ölkədə biznesin təşkili, birgə müəssisələrin yaradılmasının xüsusiyyətləri, qanunvericilik problemlərinə dair təcili arayış xarakterli materiallar hazırlayıb öz ölkələrinə yollayırdılar. Yalnız ruslarda tam sakitlik hökm sürürdü, nədən ki, cənab Caqaryan buna bənzər heç bir işlə özünə əziyyət vermirdi.
Ancaq bir az gərək insaflı olaq - arada “əziyyət” də verirdi. Məsələ ondadır ki, nə vaxt yerli biznesmenlərdən və ya rusiyalı sahibkarlardan ikitərəfli işgüzar təmaslar üçün, maraqların lobbiçiliyi və başqa bu kimi kömək istəyi daxil olurdu, cənab Caqaryan həmişə onlara qarşı addım atır, əlindən gələni edirdi - yalnız kiçik bir şərtlə: əgər bu adamlar erməni kökənli, yaxud İrandakı və ya Rusiyadakı erməni diasporunun kapitalının nümayəndələri idilərsə.
Belə bir situasiya tamamilə izah olunandır: erməni diasporları Rusiya-İran iqtisadi əməkdaşlığı üzərində monopolist nəzarətə nail olmaq istəyir. Onlar iri dövlət layihələri ilə əlbəttə ki, məşğul olmurlar.
Çünki buna sərmayə lazımdır, amma yerdə qalan bütün işlər - bank əməliyyatlarından tutmuş, kənd təsərrüfatı məhsullarının satışına kimi, hər şeyi öz tərəflərinə çəkməyə, rusiyalı və azərbaycanlı biznesmenləri slxışdırmağa çalaışırlar.
Vəziyyət hətta gülməli həddə çatır - iranlılar Rusiya vizaları almaqda bürokratik əngəllərlə üzləşmələrindən şikayətlənirlər. Əslində onların əndişəsinə heç ehtiyac da yoxdur - yetər ki, Rusiya səfirliyinin yaxınlığında yerləşən, Tehran ermənilərinə məxsus olduqca şübhəli kontora müraciət eləsinlər, o zaman onların bütün qayğıları müvafiq “hörmətin” qarşılığında yoluna qoyulacaq. Üstəgəl, bu zaman kiçik və orta biznesin “problemlərinin həlli” üçün Moskvadan sonra Tehranda da yaradılmış qeyri-formal, yerli erməni diasporuna aid 4 nəfərdən ibarət “çevik müdaxilə qrupu” işə qoşulur.
İran (həm də Rusiya) mənbələri təsdiqləyir ki, son 2-3 ayda Levan Caqaryan erməni millətindən olan bir neçə şəxsi Rusiya və İran tərəfinə S-300 raketləri və İran ərazisində zirehli texnikaya xidmət üzrə xüsusiləşdirilmiş servis mərkəzinə dair yüksək səviyyəli danışıqlarda mühüm vasitəçi qismində aktiv şəkildə sırımağa çalışır. Moskvanın adətən səfirdən məsafə saxlayan xüsusi strukturları isə işarə vururlar ki, yumşaq desək, “səfir haqlı deyil və öz səlahiyyətlərini aşır”. Lakin gücü hər yerə yetən Caqaryan buna əsla reaksiya vermir və özünü elə aparır ki, guya hər şey qaydasındadır.
İş o yerə çatıb ki, son vaxtlar xüsusi məsələlərin müzakirəsi zamanı və hərbi-ticari əməkdaşlıq xətti ilə danışıqlarda İran tərəfi məcbur qalıb xahiş edir ki, Tehrandakı danışıqlar səfirin iştirakı olmadan aparılsın. Rusiyadan olan danışıq iştirakçıları da Ermənistana, ardınca da ABŞ və İsrailə informasiya sızıntısının olacağından ehtiyatlanaraq, danışıqlar aparılan zaman səfirliyə gəlmir, səfirə məlumat vermirlər.
Caqaryan öz günahı üzündən axır ki, nə səfirlik personalı, nə də İrandakı Rusiya rəsmi strukturları ilə ümumi dil tapa bilmədi. İş ondadır ki, onun mənəvi göstəriçiləri də yüksək deyil. Səfirin qeyri-adekvat davranışı sayəsində personalın bir hissəsi vaxtından əvvəl səfirliyi tərk edərək Rusiyaya qayıtmaq zorunda qalıb. O, Rusiyanın İrandakı ticarət nümayəndəsi ilə danışmır və heç bir əlaqəyə malik deyil, Rusiyanın Rəşt və İsfahandakı baş konsulları ilə də praktik surətdə ünsiyyət yaratmır, hansılar ki, mahiyyət etibarilə taleyin ümidinə buraxılıblar, sərbəst “üzməkdədirlər”. Yerdə qalan personal isə susur, dözür, çünki Caqaryanln qisasçı olduğunu, onun istənilən tənqidə ağrılı reaksiya verdiyini, ən başlıcası, Rusiya XİN-də səfirin havadarlarının imkanlarını bilir.
Axı, həqiqətən də etnik azərbaycanlıların mühüm bir hissəsi İranın rəsmi hakimiyyət sistemində yüksək vəzifələr tuturlar. Onlardan ötrü, əlbəttə ki, Rusiyanın erməni millətindən olan səfiri BƏRİ BAŞDAN qeyri-məqbul tərəfdaşdır. Ona görə də rəsmi Tehran ciddi məsələlərin müzakirəsi zamanı “birbaşa” Moskvaya çıxmağa çalışır. Lakin Rusiya XİN-də bu işarəni nədənsə anlamırlar və İran tərəfinin təkliflərini yenə də həmin o səfirə, İran tərəfinin işləmək istəmədiyi şəxsə qaytarırlar.
Əgər daha dəqiq ifadə eləsək, Rusiyanın İranla dolğun əməkdaşlığı İranın azərbaycanlı diasporunu (Güney Azərbaycan əhalisi - red.) bu əməkdaşlığa cəlb eləmədən mümkün deyil. Erməni lobbisi üçün bu, tamamən qeyri-məqbuldur. Levan Caqaryan da elə səfir olaraq əlindən gələni edir ki, belə bir şey baş verməsin.
Qəribədir ki, nə səfirin Rusiya maraqlarının təmin edilməsində fəaliyyətsizliyi, nə də onun erməni diasporunun maraqlarına fəal lobbiçiliyi onun Moskvadakı rəislərində narazılıq doğurmur. Bu harasıdır, səfiri yüngülcə tənqid eləməyə yönəlik istənilən cəhd XİN-də vəhşi qəzəb və dəhşətli qıcıq doğurur. Hamı qorxur, çünki belə rəy formalaşıb ki, Levan Caqaryanın arxasında şəxsən Sergey Lavrov, sonra isə Rusiyadakı və Amerikadakı erməni lobbiləri durub.
Qarşıdakı oktyabrda onun səfir postunda 4 ili tamamlanacaq. “Daha neçə il o, bu postda qalacaq” sualına Caqaryan özündən razı şəkildə belə cavab verir ki, özü nə qədər istəsə və nə qədər ki, Sergey Lavrov nazirdir, o qədər də qalacaq. Bəlkə elə bu səbəbdən ona təkcə Zamir Kabulov yox, həm də nazir müavini İqor Morqulov himayədarlıq edir?
Məgər Caqaryanın İran və Rusiyadakı erməni diasporunun iqtisadi maraqlarına naminə fəaliyyətinə görə deyilmi ki, onun haqqında tanınmış biznesmen Levon Ayrapeytanın ətrafı yüksək fikirdədir?! O Ayrapetyan ki, hesabında çoxsaylı sifarişli qətllər və xüsusilə böyük həcmdə maliyyə fırıldaqları olan “Kinqisepp cinayət qruplaçması”nın fəaliyyətinin araşdırılması çərçivəsində bu yaxınlarda Rusiyada həbs edilib (Ayrapetyan həm də Qarabağdakı separatçı hərəkatın əsas maliyyə sponsorlarından olub - red.).
Situasiyanın cazibəliliyi həm də ondadır ki, Ayrapetyan Sergey Lavrovun yaxın dostudur və az öncə onun əlindən (bundan axmaq bir şey fikirləşmək çətindir) “Ölkədə millətlərarası birliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığa nəhəng töhfəyə görə” XİN-in ali mükafatını alıb.
ABŞ-ın erməni lobbisi ilə sıx əlaqəsi olan Ayrapetyan beynəlxalq səviyyədə Ermənistanın nüfuzlu lobbistlərindən biridir. Bu ifadə məhz ona məxsusdur: “Vətənindən kənarda yaşayan istənilən erməni nə ilə məşğul olmasından asılı olmayaraq erməni xalqına xərac ödəməlidir”. Doğrudan da, kriminal dünyanın prinsiplərini necə də xatırladır?
Beləliklə, Levan Caqaryanın səfir təyin edilməsi Rusiyaya nə verdi? Onları sıralayaq:
-İranda on milyonlarla azərbaycanlı bu təyinatla mənən təhqir edildilər. Onlar Caqaryaın təyinatını mahiyyət etibarilə Amerika yönlü olan erməni lobbisinin Rusiya hakimiyyət dəhlizlərində qələbəsi kimi qəbul elədilər.
-İranda azərbaycanlıların böyük bir qismi rəsmi hakimiyyət sistemində yüksək postlar tutur. O cümlədən İran hökumətinin təxminən yarısı azərbaycanlılardır. Bu, o deməkdir ki, İranın hökuməti və dövlət strukturları erməni səfirlə psixoloji uyğunsuzluğa görə işləyə bilməzlər.
-Rusiyadakı etnik azərbaycanlıların biznes strukturları faktiki surətdə Rusiyanın İrandakı səfirliyi və rəsmi strukturları ilə təmaslardan təcrid ediliblər və onların bütün təşəbbüsləri mütləq ya səfirin özü, ya da ətrafı tərəfindən əngəllənir.
-Bu təyinat ilk gündən Azərbaycan Respublikası üçün qıcıq yaratdı, belə ki, milliyyətcə erməni olan Rusiya səfirinin fiquru Rusiya-Ermənistan-İran üçlüyündə birləşdirici həlqə olmağa xidmət edirdi. Bundan əlavə, həmin təyinatı Azərbaycanda lap əvvəldən Sergey Lavrov başda olmaqla Rusiyadakı erməni lobbisinin qələbəsi kimi qəbul elədilər.
-Aydındır ki, belə bölgüdə Azərbaycan Tehranın beynəlxalq və regional səviyyədə istənilən təşəbbüsünə olduqca şübhəli yanaşacaq. Müvafiq olaraq, nə qədər ki, Levan Caqaryan Rusiyanın Tehrandakı səfiridir, İran-Azərbaycan əlaqələrinin perspektivi olmayacaq, çünki azərbaycanlılar istəsələr də belə bir təəssüratdan qurtula bilməyəcəklər ki, Tehranın istənilən məsələyə dair mövqeyində erməni təsiri var.
- Levan Caqaryanla Ermənistanın İrandakı səfiri arasında xüsusi yaxın münasibətlər mövcuddur. Bu isə olduqca narahatedici faktordur, nədən ki, Rusiya səfiri dövlət sirləri və strateji xarakterli informasiyalar çıxış olan şəxsdir. İstənilən başqa ölkədə yalnızca belə bir quruca “bağlılığa” görə səfiri dərhal geri çağırardılar.
Sonda vurğulayaq ki, Rusiya vergiödəyicilərinin hesabına Moskvadan əmək haqqı və yüksək status alan səfir Caqaryan bütünlüklə Rusiya maraqlarına uyğun hərəkət etməyə borcludur. Ancaq onun İrandakı fəaliyyətinin Rusiya maraqlarına heç bir aidiyyəti yoxdur. Məsələ yalnız ondadır ki, belə absurd vəziyyət, sağlam məntiqin ələ salınması nə qədər davam edəcək? Və Caqaryanın lap yuxarıdakı havadarları Rusiya və İran ictimaiyyətindən daha nə qədər belə bir faktı gizlədəcəklər ki, Rusiya təmsilçisi İranda öz birbaşa öhdəliklərindən - İran-Rusiya əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdən savayı hər şeylə məşğuldur?(musavat.com)

Şərhlər