Menu

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO

27.11.2024, 20:51
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ağayev Murad Əsgər oğlu başçısının köməkçisi təyin olunub.

Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.

Məlumat mətbuatda dərc olunduqdan sonra - 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib. 

Beyləqanda "Səyyar Sağlam Həyat” layihəsi çərçivəsində tədbir, 14 noyabr, 2024

Şərhlər

Kòhne 2024-11-28 07:12:12

....IYRENIREM.....VALLAH....BELE ÖLKE YOXDUR.

Reallıq 2024-11-27 22:53:53

Təbii hal.Rüşvət almanın ən rasional yolu.kim sübut edə bilər ki,başçıya pul verib.Köməlçi də özününkü olanda bu iş daha rahat yürüyür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol