Menu

“SİZƏ QULAQ ASDIQCA ADAMI DƏHŞƏT BÜRÜYÜR..." - Sahibə Qafarovadan deputatlara irad

27.11.2024, 20:52
“SİZƏ QULAQ ASDIQCA ADAMI DƏHŞƏT BÜRÜYÜR..." - Sahibə Qafarovadan deputatlara irad

Milli Məclisin sədri Sahibə Qafarova parlementin bu gün keçirilən plenar iclasında deputatlara irad bildirib.

"AzPolitika" "qafqazinfo"-ya istinadən xəbər verir  ki, spiker Sahibə Qafarova  “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirən millət vəkillərinin yalnız problemlərdən danışıdığını bildirib.

“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”, - deyə spiker bildirib.

Şərhlər

Nazim 2024-11-28 10:56:47

Sosial sahədə uçuruma getmirik, artıq ən dibə düşmüşük ....

Pensiyaçı 2024-11-27 18:57:17

Pensiya,müavinələrlə sadə xalqın yaşayışı dlərləəhşətlərlə doludur.Bir onlara çevrilib baxmısınız?Ölkədə son 2-3 ilin bahalaşma faizlərinə.pensiyaların artım faizi ilə maraqlanmısımız?bu fərqi vətəndaş haeadan və necə ödəsin? Üzünüzü xalqa çevirin.Hələ bunun səhiyyyə xərcləru və sairə...

Spiker-ə 2024-11-27 13:50:55

Soaial sahələrdə hansı işlər görülür?Təyin etiyiniz pensiya və müavinətlər insanın yaşamını təmin edirmi?,Pensiya təyinatında atrıseşkilik hansə əsaslarla doğru ola bilər? 40 il sənayedə ağır işlərdə stajı olan insanın pensiyası10-15 il polis və digər orqanlarda rüşvət,hədiyyə ilə işləyənkərdən 10-15 dəfə artıq pensiya rəyini hansı məntiqə,hummanistliyə sığır?

Mubariz 2024-11-27 12:49:54

....Zavallı Millət , dərdinizi özünüzlə qəbrə aparın ,....

Cəmşid Dərələyəzli 2024-11-27 12:34:45

Birincisi o adamlar necə gəlib necə oturublar məclisdə, hamı gözəl bilir.... İkincisi də "seçimdə" bəzən yanıltmalar da olacaq təbii...Çünki, hər adam vicdanı idarə edə bilmir axı.

Senan 2024-11-27 12:19:52

həqiqəti dinləməkdən qorxmayın, ,č̣ətin olar ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol