Burda qeyd olundu ki, biz minimum pensiyanı artırdıqca pensiyaya çıxmaq üçün pensiya kapitalı artır və pensiya sisteminə daxil olmaqla bağlı çətinliklər yaradır.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Yenə də birinci cavab ondan ibarətdir ki, biz pensiyanı artıraq, yoxsa artırmayaq. Əgər artırırıqsa, bu da olmalıdır. Bu, sığorta sistemidir, birini edib digərini etməmək qeyri-mümkündür, biz sistemi dağıdacağıq. Biz axı eyni zamanda çox böyük bir amnistiya proqramı elan etdik. 2019-cu ildə Azərbaycanda bir qəpik belə sosial sığorta ödəmiş insana 25 il sosial sığorta stajı amnistiya ilə hədiyyə edildi və bunlar da pensiya sisteminə girə bilirlər. Bu gün 2018-ci ilə qədər dövlətə bir qəpik sosial sığorta ödəyən hər bir kəs pensiya sisteminə girə bilir. 25 il ona hədiyyə edilir və pensiya alır. Amma insan heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onda onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə əsaslana bilər? Onda biz təşviq edəcəyik ki, heç kim sosial sığorta ödəməsin. Ona görə də biz bu gün bu problemin aktual olduğunu düşünmürük. Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, artıq biz ona kapital amnistiyası təqdim etmiş oluruq”, - deyə nazir bildirib. (apa.az)

Şərhlər
Səni o "hədiyyən", "humanizmin" başına dəysin. Mənim haqqım olan pensiyamı kəsib "seçilmişlərə", sahibkar olmuş köhnə məmurlara 1o dəfə artıq pensiya verirsən. İnsan pensiyası almaq üçün elə hamı prokuror, gömrük, FHN, hakim, deputat, polis rəisi olmalıdırmı? Ateist dediyin Sovetlər bu sahədə qat-qat allahlı idi. Lənətə gələsən!
Sənin o "hədiyyən" mənə lazım deyil. Mənim haaqqım olan 2006-cı ilə qədər 6 ili dövlət qulluğu olan yüksək vəzifələrdəki 27 il stajıma verdiyin 169 manatı özünə götür, mənə haqqım olan ən azı 5 dəfə artıq pensiyamı ver. Mən bu dövlətə səni və sənin kimi məndən 20 dəfə pensiya alan və alacaqlardan daha yaxşı xidmət etmişəm. Məqsədli olaraq dövlət verən səlahiyyətlərdə sui istifadə edib həmin 48 il xidmət etdiyim dövlətə inamımı qırmayın. Ayıb olsun.
2018-ci ile qeder 1qepik pensiya kapitali olana pensiya verirsiniz, 25 ilden 1-ce ay az staji olana muavinet verirsiniz, budurmu etaletiniz, bunu hansi mentiqle edirsiniz? Umumiyyetle, bu pensiya sistemi heddinden artiq edaletsiz ve murtecedir!
Yalansa .. ...!! Əksinə mənim 6 ili dövlət qulluğu olan 27 il rəhbər vəzifələrdə olan stajıma cəmi 169 manat dilənçi payı hesablamısan ,,,,,,Sən lənətə gələcəksən. Mütləq.
minnət edən nazir.
Mənim 2006-cı ilə kimi sığorta kapitalına yığdığım vəsaiti ləğv edib əvəzində mənim kapitalıma 3500 manat pul verdilər. Halbuki mən ən yüksək pensiya almalı idim. 2009-da pensiyaya çıxdım. 3 ilə mən nə toplaya bilərdim ki... İndi ən aşağı pensiya alıram
bu adam nə deyir?
2006-ci ilədək mən ən yüksək maaş almaqla siğorta kapitalıma yığdığım vəsaiti bir qanunla ləğv edərək hamını eyni səviyyəyə edirdiniz. İndi bizə 25 il hədiyyə verdik deyib minnət qoyursunuz. Bununla Siz bizim pulumuzu mənimsədiniz. Rədd olsun sizin 25 illik stajınız. Mənim öz yığımını mənə qaytarın...
Mən 2006-cı ilə kimi ən yüksək maaş alan insanlardan idim. Mənim 2006-ci ilə qədırki sosial sığorta kapitalımı bir qərarla ləğv edib hamını inkubator cüc
Sosial müdafiə naziri xalqa dost olmalıdır....Azərbaycanın Küveyt.Katar,Səuiyyə qədər iqtisadi imkanı varv o,vətəndaşına normal yaşam imkanı versin.Bəs bu umkan Azəzrbaucanda niyə boğulur?təyin etdiyiniz pensiyaların məbləği yaşamı təmin edə bilməyəcəyini bilərəkdən bu sahədə niyə dəyişiklik etmək istəmirsiniz?İikinci tərəfdən də pensiya hesablamasında ayrıseçkilik hansı hummanizmdən irəli gəlir?
Mənim bu nazirə bele bir sualım var Mənim ən yüksək əmək haqqim 2006 cı ilə qədər olub Bunu əmək kitabçası ilə yoxlamaq olar Amma mənə də o illərdə işləməyənlərə də hər il üçün 7 manat verirsiniz Heç Allah da bunu qəbul etməz ,... Vicdan susanda isə (Vidadi Babanlıya can saglığı) insanlıq utanır