İran hökuməti öz vətəndaşlarına yerüstü nəqliyyatla Türkiyəyə getməkdən çəkinməyə çağırıb. Musavat.com-un “Frans Press”ə istinadən xəbər verir ki, XİN bunu Türkiyənin şərqində təhlükəsizliklə bağlı problemin olması ilə izah edib.
“Son hadisələr və Türkiyənin şərqindəki qeyri-sabitliklə əlaqədar nazirlik vətəndaşlara qonşu ölkəyə getməməyi, növbəti açıqlamaya kimi yerüstü nəqliyyatdan istifadə etməməyi, yalnız hava yollarından yararlanmağı tövsiyə edir” – qurumdan bildirilib.
Az öncə PKK terrorçuları ölkənin şərqindəki Ağrı əyalətində İrandan gələn sərnişin avtobusunu atəşə tutmuşdular. Terror hücumu nəticəsində bir İran vətəndaşı və Türkiyə Silahlı Qüvvələrinin bir serjantı öldürülüb. Məlumatlara görə, sərnişinlərə xətər dəyməyib.


Şərhlər