Meteoroloq-alimlər təsdiq edirlər ki, 100 ildən sonra Şimali Amerika sahillərinin, xüsusilə də onun şərq hissəsinin su altında qalması qaçılmaz olacaq. Bu, qlobal iqlim dəyişikliyi və Dünya okeanı səviyyəsinin qalxması nəticəsində baş verəcək (Rosbalt).
Proqnozlar ona əsaslanır ki, 2014-cü ildə atmorsferdə karbon qazının konsentrasiyası bütün rəqəmləri aşıb və hazırda 397,2 ppm təşkil edir. Bunun əksi olaraq, Şimali Amerikanın qərb hissəsində temperatur düşüb və orta göstəricidən aşağıda qərarlaşıb. Dəyişiklik həm də tropik siklonlarda müşahidə olunur. Əgər 1981-ci ildən 2010-u ilə qədərki dövrdə onların sayı 82 olubsa, təkcə 2014-cü ildə bu rəqəm 91-ə yüksəlib.
«Dni24.com» xəbər verir ki, qar və buzlaqların əriməsi nəticəsində Artikada və Antarktidada yer səthinin temperaturu yüksəlməkdə davam edir. Əgər hər şey beləcə davam edərsə, artıq 100 ildən sonra Atlantik okeanı sahillərinə yaxın əraziləri su basacaq.
AzPolitika.info


Şərhlər