Menu

Əli İnsanovu 3 gün "kars"da saxlayıblar

10.08.2015, 19:20
Əli İnsanovu 3 gün "kars"da saxlayıblar

Keçmiş səhiyyə naziri Əli İnsanov Bakı İstintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) işgəncəyə məruz qalıb. Əldə etdiyimiz məlumata görə, Əli İnsanov xarici banklardakı qonorarlarının müsadirəsinə dair məhkəmə qərarından verdiyi apelyasiya şikayəti ilə əlaqədar avqustun 1-də Bakı İstintaq Təcridxanasına gətirilib və dərhal təcridxanada karsa salınıb. Keçmiş nazir 3 gün karsda saxlanılıb. Həmin günlərdə havanın 42 dərəcəyə çatan istiliyinə baxmayaraq Əli İnsanova su və sərinkeş (ventilyator) verilməyib, bununla da işgəncəyə məruz qoyulub.

Əli İnsanovun xarici banklardakı qonorarlarının müsadirəsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsi iyunun 18-də qərar çıxarıb. Əli İnsanov bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Keçmiş nazir Apelyasiya Məhkəməsində şüşə qəfəsə salınaraq danışmasına imkan verilmədiyini əsas gətirərək prosesdə iştirakdan imtina edib. Buna baxmayaraq avqustun 1-də onu məcburən 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına gətiriblər.

Əli İnsanovun apelyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə artıq avqustun 6-da işə Əli İnsanovun iştirakı olmadan baxılmağa dair qərar çıxarıb. İşə isə avqustun 14-də baxılacaq. /azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol