Elmin biologiya, palentologiya, geologiya və ekologiya kimi müxtəlif sahələrini təmsi edən alimlər xeyli bədbin nəticələrə gəliblər. Tədqiqat prosesində alimlər iqlimin mərhələ-mərhələ dəyişəcəyinin mümkünlüyü barədəki nöqteyi-nəzəri inkar ediblər. Onlar hesab edirlər ki, dəyişiklik dönməz və bəşəriyyət üçün fatal nəticəli ola bilər. Həm də uzaq gələcəkdə yox, artıq cari əsrdə («Solnca.tet» portalı).
Belə məyusedici proqnozun əsasında qlobal iqlim dəyişikliyi dayanır. Bunun parlaq təsdiqi kimi NASA-nın kosmik aparatları vasitəsilə əldə olunmuş məlumatları göstərmək olar. Məlumatlar göstərib ki, Qrenlandiya adasının buz örtüyünün ərimə sürəti kəskin yüksəlib. Adətən, əvvəllər bu nisbət 50,0 faizi keçmirdi, amma cari ildə buz örtüyünün 95,0 faizi ərimə vəziyyətinə gəlib. Alimlər təsdiqləyirlər ki, 2015-ci ildə Qrenlandiyanın hətta ən soyuq nöqtəsində də buzlar əriməyə başlayıb. Üstəlik də Manhetten ölçülərinə bərabər aysberq buz örtüyündən qırılaraq, aralaşıb. Onun sahəsi 120 kvadrat kilometr təşkil edir.
Daha bir mühüm amil - planet əhalisinin sürətlə armasıdır. Alimlərin hesablamalarına görə, 2050-ci ilə Yer əhalisininin sayı 9 milyardı keçəcək. Buna uyğun olaraq, ətraf mühitin temperaturu da 2 dərəcə (Selsi) yüksələcək. Bu proseslərin məcmuusu isə dünyanı aclığa və humanitar fəlakətə gətirib çıxaracaq.
AzPolitika.info


Şərhlər