Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda Esendere sərhəd keçid məntəqəsinin 7 işçisi itib.
Musavat.com-un məlumatına görə, işçilər təxminən 10 saatdır ki, itkindirlər. Gömrük işçiləri səhər saatlarında rayon markəzinə getmək üçün avtobusla yola düşüblər. Daha sonra geri dönməyən işçilərlə telefonla əlaqə saxlamaq mümkün olmayıb.
Hadisə haqqında rayon icra nümayəndəliyinə məlumat verilib. Gömrükçülərin PKK tərəfindən qaçırılmış ola biləcəyi ehtimal edilir


Şərhlər