Menu

"Hamımız Cavidin yenidən kollektivə qoşulacağı günü gözləyirik”

11.08.2015, 09:17
"Hamımız Cavidin yenidən kollektivə qoşulacağı günü gözləyirik”

Topaz Premyer Liqasının ilk turu çərçivəsində baş tutan "Qəbələ" - "Qarabağ" matçından sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov oyundan sonra açıqlama verib. O, açıqlamasında son vaxtlar gündəmi zəbt edən futbolçuları Cavid Hüseynovun adının jurnalist Rasim Əliyevin ölümündə hallanması məsələsinə münasibət bildirib.

Nəcəfov vəziyyətlə bağlı bunları deyib: "Cavid Hüseynovun məsələsində klubun meneceri Səbuhi Səfiyarlının adı hallanmır. Sadəcə, o futbolçunu tər buraxmamaq üçün xəstəxanaya getmişdi. Allah Rasimə rəhmət eləsin, ailəsinə baş sağlığı veririk. Heç xoşagələn hal deyil. Öləndən sonra jurnalistin ailəsi ilə görüşməmişik. Çünki bu məsələnin kluba heç bir aidiyyatı yoxdu. Sizin vasitənizlə mərhumun ailəsinə bir daha baş sağlığı verirəm. Cavid klubun futbolçusudu. Bibisioğlunun isə "Qəbələ”yə heç bir bağlılığı yoxdu. Inanıram ki, Cavidin də bu məsələdə heç bir günahı yoxdu. Baş verənləri hüquq-mühafizə orqanları araşdırır. İstintaqdan sonra hər şey məlum olacaq. Hamımız cavidin yenidən kollektivə qoşulacağı günü gözləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol