Menu

"Mərkəzi Bank rublu möhkəmlətmək üçün xeyli iş görüb"

11.08.2015, 13:03
"Mərkəzi Bank rublu möhkəmlətmək üçün xeyli iş görüb"

Rusiya prezidenti Vladimir Putin Mərkəzi Bankın başçısı Elvira Nabiullina ilə görüşündə rublun sabitləşməsi və möhkəmlənməsi məqsədilə xeyli işlərin görüldüyünü deyib.

"Mərkəzi Bank milli valyutanın möhkəmlənməsi üçün xeyli səy göstərir", Putin qeyd edib.

Bu arada ötən gün Rusiya Mərkəzi Bankı fevral ayından bəri ilk dəfə olaraq rublun məzənnəsini avroya qarşı 70 rubldan yuxarı (70,75), dollara qarşı isə son 5 ay ərzində ilk dəfə olaraq 64 rubldan yuxarı (64,49) səviyyələrdə müəyyən edib.

Bazar ertəsi Moskva valyuta birjasında dollar və avro rubla qarşı artmaqda davam ediblər.

Eyni zamanada Brent markalı neftin bir qədər bahalaşması fonunda Rusiya milli valyutasının ucuzlaşması tempi azalıb.

Mərkəzi Bank təhlilçiləri bir barrel neftin qiyməti hətta 40 dollara düşəcəyi təqdirdə belə, ölkədə valyuta qıtlığının yaranmayacağına əmindirlər. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol