Menu

Vergilər Nazirliyi bu il nə qədər vergi yığıldığını açıqladı

11.08.2015, 20:25
Vergilər Nazirliyi bu il nə qədər vergi yığıldığını açıqladı

Nazirlik yanvar-iyul aylarına olan hesabat yayıb

Vergilər Nazirliyi 2015-ci ilin yanvar-iyul ayları ərzində nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaiti açıqlayıb. Nazirliyin Analitik-İnformasiya şöbəsindən lent.az-a verilən məlumata görə, bu aylar ərzində dövlət büdcəsinə 4 milyard 104 milyon 76,7 min manat vəsait daxil olub.

Məlumatda bildirilir ki, bu rəqəm proqnoz tapşırığından 1,9 faiz (101,9 faiz) çoxdur.

Hesabat dövründə vergi orqanlarında 47.396 vergi ödəyicisi qeydiyyata alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol