Suonsi və Milan universitetləində alimlərin apardığı son tədqiqatlar göstərib ki, İnternetlə həddindən artıq vaxt keçirən insanlar tez-tez soyuqlamalara və qripə meylli olurlar (Rosbalt).
İnternet asılılığı olan və 18-100 yaş arasındakı insaları bir müddət müşahidə etmiş mütəxəssislərin fikrincə, sosial şəbəkələrdən sui-istifadə (həddindən artıq istifadə) immuniteti zəiflədir.
«Informing » portalının (<http://informing.ru/>) məlumatına görə, sən demə, hər şey kortilozanın - immun funksiyasına təsir edən hormonun səviyyəsinin dəyişməsindən asılı imiş. Bu hormonun dəyişikliyə məruz qalması ona görə baş verir ki, internetə meyl salmış adamlar onun olmamasından əziyyət çəkirlər və şəbəkəyə giriş əldə edərkən, rahatlıq tapırlar. Beləliklə, stressin kəskin enib-qalxması və rahatlıq immun sisteminin zəifləməsinə, bunun nəticəsi olaraq, tez-tez soyuqlamaya gətirib çıxara bilir.
Bundan başqa, mütəxəssislər həyatı internetsiz təsəvvüt edə bilməyən insanların tez-tez soyuqdəyməyə meylli olmasını onların nadir hallarda açıq havaya çıxması və digər insanlarla az hallarda qarşılıqlı fəaliyyətdə olması ilə bağlayırlar. Çünki belə hallar insanlarda immuniteti aşağı sala bilir.
AzPolitika.info

Şərhlər