Menu

"Sadıxlı-Mtkvari" gömrük məntəqəsi sürücülər üçün açıldı

12.08.2015, 10:57
"Sadıxlı-Mtkvari" gömrük məntəqəsi sürücülər üçün açıldı

“Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında əldə edilmiş razılığa əsasən 10 avqust 2015-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanla sərhədində “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb.

Qeyd edək ki, sərhəd-gömrük buraxılış məntəqəsində iş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol