Menu

PKK-nın Hakkari bölgə rəhbəri öldürüldü

12.08.2015, 11:20
PKK-nın Hakkari bölgə rəhbəri öldürüldü

Terror təşkilatı PKK-nın Hakkari bölgəsinə məsul olan şəxsin öldürüldüyü iddia edilir.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Hakkari Çukurca arasındakı yolda təhlükəsizlik gücləri ilə terror təşkilatı PKK üzvləri arasında dünən qarşıdurma yaşanıb.

Qarşıdurmada terror təşkilatının silahlı qanadı HPG-nin Hakkari bölgəsi üzrə məsulu Andok kod adlı Barış Tekçenin öldürüldüyü iddia edilir.

Hakkaridəki yerli saytların iddiasına görə, təşkilatın komandiri hesab edilən Tekçe helikopterdən açılan atəşlə vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol