Menu

Türkiyədə 12 "İŞİD" üzvü həbs edildi

12.08.2015, 12:12
Türkiyədə 12 "İŞİD" üzvü həbs edildi

Türkiyədə "İŞİD"-in 12 üzvü həbs edilib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ankarada terrorla mübarizə idarəsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində "İŞİD" terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb, 4 nəfərin axtarışı isə davam etdirilir.

Polis əməkdaşları 4 nəfərin axtarışını İstanbul, Hatay və Qırıqqalada aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol